Hadisə

Goranboy sakini tövlədə ölü tapıldı

14 İyul 2019 13:05
0 Şərh     Baxış: 1 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboy sakininin meyiti tövlədə aşkarlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy şəhəri Qasım İsmayılov küçəsindəki fərdi təsərrüfatlardan birində qeydə alınıb.

Belə ki, doğmaları 1963-cü il təvəllüdlü Məmmədov Ələddin Yusif oğlunu axtararkən onu tövlədə huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılan həkim briqadası isə onun öldüyünü müəyyən edib. Qəfil ölümün səbəbi məlum olmasa da, Ə.Məmmədovun ürək tutmasından öldüyü güman edilir. Ailəsi isə mərhumun meyitinin məhkəmə tibb ekspertizasına götürülməsinə razılıq verməyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.