Hadisə

Bakıda itkin düşən Rusiya vətəndaşı Moskvada tapıldı

6 İyul 2019 11:39
0 Şərh     Baxış: 1 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda itkin düşdüyü deyilən Rusiya vətəndaşı tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, Rusiya vətəndaşı,1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də Heydər Əliyev adına Hava Limanından Moskva şəhərinə yola düşüb.

Xatırladaq ki, Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsi, ev 15-də yaşayan Hikmət Əsədzadə polisə məlumat verərək onlara qonaq gəlmiş xalası oğlu, Rusiya vətəndaşı, 1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də onunla birlikdə yaşadığı ünvandan çıxaraq itkin düşdüyünü bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.