Hadisə

Yanan gəmi SOCAR-a məxsus deyil - YENİLƏNİB

2 İyul 2019 13:07
0 Şərh     Baxış: 4 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:07

Dünən axşam saat 23:20 radələrində Petkim limanının 5 saylı yanalma körpüsünə maye hidrokarbon doldurmaq üçün yaxınlaşan zaman İtalya bayraqlı, Synzania adlı gəmidə məlum olmayan səbəblərdən yanğın baş vermişdir.

SOCAR-dan Milli.Az-a verilən məllumata görə, gəmi bu şirkətə məxsus deyil. 

Əməkdaşların dərhal müdaxiləsi nəticəsində yanğın söndürülmüş, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir.

Bütün gəmi əməkdaşları təxliyə edilmiş; yaralı bir gəmi əməkdaşı vəfat etmiş, gazdan zəhərlənən bir nəfər isə müalicə və müayinə üçün xəstaxanaya yerləşdirilmişdir. Yanğının səbəbi araşdırılır.

-----------

10:43

Türkiyənin İzmir vilayətində "Petkim" neft-kimya kompleksinin limanında tankerlərin birində partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayışın ardınca yanğın başlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.