Hadisə

Təyyarə quş sürüsünə çırpıldı, pilotun peşəkarlığı heyran etdi - VİDEO

30 İyun 2019 16:45
1 Şərh     Baxış: 6 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "SUPECET Jaguar" tipli döyüş təyyarəsi havaya qalxdıqdan bir neçəyə saniyə sonra quş sürüsünə çırpılıb.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə Ludhiana şəhərinin yaxınlığında Ambala bölgəsində hərbi bazalardan birində baş verib.

Hadisə nəticəsində təyyarənin mühərriklərindən biri dayanıb. Pilot ehtiyat yanacaq çənlərini və təlim üçün yüklənmiş bombaları uçuş zolağına buraxmaq məcburriyətində qalıb.

Məsələ ilə bağlı Hindistan Hərbi Hava Qüvvələrindən açıqlama verilib ki, xəsarət alan olmayıb:

"Pilotun professionallığı və sürətli düşünməsi səbəbindən təyyarə partlamaqdan xilas olunub və bölgədəki sivil sakinlərin zərər görməsinin də qarşısı alınıb".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.