Hadisə

Sərinləmək istədi, boğulub öldü

29 İyun 2019 11:19
0 Şərh     Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvarda qəbiristanlığın yaxınlığında meyit tapılıb.

Milli.Az xəbər verir ki, Cəbrayıl rayon prokurorluğundan qafqazinfo-ya verilən məlumata görə, iyunun 28-də Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 3 və 4 saylı qəsəbələrin arasında yerləşən qəbiritanlığın yaxınlığındakı su buraxıcısından kişi meyiti aşkar olunub.

Dərhal polis və prokurorluq əməkdaşlarının, məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

İlkin araşdırmalarla, onun Ağsu rayonu Muradlı kənd sakini, 1957-ci il təvəllüdlü Əkbərov Rahim Məlikbaba oğlu olduğu müəyyən edilib. Onun bədəni üzərində heç bir xəsarət izi aşkar edilməyib. R.Əkbərovun su buraxıcısında sərinləmək məqsədi ilə çimərkən boğulub öldüyü məlum olub.

Metiyin daxili müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.