Hadisə

Yasamalda bir gündə iki "avtoş" tutuldu - Məhkəmə birini buraxdı - VİDEO

28 İyun 2019 18:27
1 Şərh     Baxış: 1 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yasamal rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edən iki sürücünü saxlayıblar.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, 85 BV 005 dövlət nömrə nişanlı, "JEEP Grand Cherokee" markalı avtomobil ilə Yasamal rayonu Salamzadə küçəsində avtoxuliqanlıq edən İsmayıl Məmmədəli oğlu İsmayılbəyli barəsində 1 il sürücülük hüququ məhdudlaşdırılmaqla 600 manat məbləğində cərimə tətbiq olunub.

Eyni zamanda 99 LG 392 dövlət nömrə nişanlı, "Renault Megane" markalı avtomobil ilə əhalinin dincliyini pozaraq avtoxuliqanlıq edən sürücü Aydın Fikrət oğlu Salayev məhkəmənin qərarrı ilə sərbəst buraxılıb. Lakin Yasamal rayon DYPŞ bu qərardan apeliyasiya sikayəti verib.

Qayda pozuntularının videosunu təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.