Hadisə

Azyaşlı 9-cu mərtəbədən yıxılaraq öldü

27 İyun 2019 18:29
4 Şərh     Baxış: 1 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakının Yasamal rayonu ərazisində bədbəxt olay baş verib. Pəncərədə barmaqlıqlar olmadığı üçün 3 yaşlı qız uşağı 9-cu mərtəbədən yıxılıb. Onun elə hadisə yerindəcə dünyasını dəyişdiyi bildirilib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu haqda "Facebook"dakı qrupların birində məlumat paylaşılıb. Hadisə şahidlərindən biri olayın Yasamal rayonunda "Etalon market"ə yaxın binaların birində baş verdiyini bildirib.

Qeyd edək ki, son bir ayda bir neçə belə bədbəxt olay baş verib. Arzuolunmaz olaylara səbəb isə pəncərədə barmaqlıqların olmaması və valideynlərin ani diqqətsizliyidir. Valideynlər hava isti olduğuna görə pəncərələri açıq qoyurlar və bu da sonda faciə ilə sona çatır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.