Hadisə

Sumqayıtda itkin düşən 18 yaşlı oğlan tapılıb - YENİLƏNİB

27 İyun 2019 14:17
1 Şərh     Baxış: 3 512

14:17

Sumqayıtda itkin düşən 18 yaşlı oğlan tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə yeniyetmənin ailə üzvü məlumat verib.

----------

13:14

Sumqayıtda yeniyetmə oğlan itkin düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2001-ci il təvəllüdlü Şirinov Fuad İzzət oğlu iyunun 26-da saat 14:30 radələrində işə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Ailə üzvlərinin sözlərinə görə, F.Şirinov evdən çıxarkən üzərində mobil telefon olmayıb: "Qəsəbədə yerləşən "Qayalı" marketdə işləyir. İş vaxtı mobil telefon icazə vermədiklərinə görə, evdə qoyub. İşlə maraqlanmışıq, işə də getməyib. Evdən çıxarkən əynində "Qayalı market" yazısı olan qırmızı köynək olub".

Şəkildəki oğlanı görənlərdən polisə və ya 051- 312 - 66 - 62 nömrəli telefona zəng vurmaları xahiş edilir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Vehsi · 27 İyun 18:0000

    Harda imis bu

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.