Hadisə

Yevlaxlı Massallıda oğurluq etdi, 7000 manatlıq qızıl götürdü

27 İyun 2019 09:49
0 Şərh     Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallıda evdən pul və qızıl oğurlayan Yevlax sakini saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Bədəlan kənd sakini C. Şahbazov Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus yaşayış evindən 7000 manat dəyərində qızıl zinət əşyaları və 100 manat pulun oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəxsin Yevlax şəhər sakini İntiqam Mahmudov olduğu müəyyən edilib və o saxlanılıb. Oğurladığı qızılların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.