Hadisə

Zığ şosesi yaxınlığında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

26 İyun 2019 15:15
Baxış: 7 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:15

İyunun 26-da Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən 6 ha ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyətyanı sahələr yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası cəlb edilib.

Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Baş Prokurorluq, "Azərsu", "Azərişıq", Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların nümayəndələri hadisə yerinə cəlb olunublar.

Birgə səylər nəticəsində qısa zamanda yanğın söndürülüb, insan tələfatına yol verilməyib.

--------------

15:07

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xətai rayonunda yanğının baş verdiyi əraziyə gəliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə işlərini davam etdirilir.

Yanğınla bağlı qərargah yaradılıb.

----------

13:37

Zığ şosesində fərdi yaşayış evləri yanır.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.