Hadisə

“Range Rover”lə qəza törədən polisə bəraət verildi - 2 nəfər ölmüşdü

25 İyun 2019 16:39
6 Şərh     Baxış: 1 535

Bakı Ağır Cinayətlər Məhkəməsində "Range Rover"lə qəza törədərək iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən polis əməkdaşı Xəyal Məmmədova hökm oxunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə X.Məmmədovun günahsız olduğu qənaətinə gəlinib və ona bəraət verilib. X.Məmmədov məhkəmə zalından azadlığa çıxıb.

İttihama görə, iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover" markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi "Ford" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Ford"un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Hadisədən sonra başından xəsarət alan sürücü avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq hadisə yerindən qaçıb.

Daha sonra həmin sürücünün şəxsiyyəti müəyyən edilib və o, həbs olunub. Məlum olub ki, qəza baş verən zaman "Range Rover"in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, saxlanılaraq məhkəmənin qərarı ilə həbs edilib.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Samed dagli · 25 İyun 16:42100

    Haqsizlig

    Cavab yaz
  • Anonim
    Nə yazasan ? · 25 İyun 16:5670

    Tanrı ki,şahiddir.Hər kəsin məhkəməsi mütləqdir.

    Cavab yaz
  • Anonim
    Maqa Sarkazm · 25 İyun 18:3830

    Niye mene hec tecublu gelmedi?ona gore bura Azerbaycandi

    Cavab yaz
  • Anonim
    Suleyman · 25 İyun 19:0740

    Bes bu hadise yerinnen qacib ona gore ceza dusmur hec.bele edalet olar

    Cavab yaz
  • Anonim
    613 · 25 İyun 20:3930

    Bu cezadan yayinmag olar. Amma unutmasin ki Allahin cezasindan eslaaaaaaa.

    Cavab yaz
  • Anonim
    Aye · 25 İyun 21:0330

    Adeletin bumu dunya ))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.