Hadisə

Nardaranda qəsəbə sakini avtomobillə vurulub

24 İyun 2019 20:04
0 Şərh     Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 23-də saat 21 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Rəhimli idarə etdiyi "VAZ-2108" markalı avtomobillə yolu keçən qəsəbə sakini Muradəli Əliyevi vurub. M.Əliyev hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.