Hadisə

Sabunçuda eyni gündə qəzada iki piyada öldü

24 İyun 2019 15:49
0 Şərh     Baxış: 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 23-də saat 23 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Tağıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Eldar Bəhramovu vurub. E.Bəhramov hadisə yerində ölüb.

İyunun 23-də saat 9 radələrində isə Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə 40-45 yaşlı kişi vurulub. Həmin şəxs hadisə yerində ölüb.

Hər iki faktla bağlı Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.