Hadisə

Bakıda yol qəzalarının yeni görüntüləri - VİDEO

20 İyun 2019 18:50
1 Şərh     Baxış: 748

Bakıda baş vermiş avtomobil qəzalarının yeni görüntüsü yayılıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, videoda əksini tapan ilk qəza M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

Binəqədi rayonunda, "Vorovski dairəsi" kimi tanınan ərazidə dairəyə girən "Lada Priora" markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığı yandığı halda sağdan gələn nəqliyyat vasitəsini buraxmır. Bu zaman öz yolu ilə gələn avtomobil ona çırpılır.

İkinci video isə hər zaman qəzaların baş verdiyi nöqtədir. Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində iki avtomobil toqquşur. Koroğlu Rəhimov istiqamətindən gələn avtomobil əks tərəfdən gələn avtomobili buraxmır və Həsən Əliyev küçəsinə dönmək istəyir. Bu zaman qəza baş verir.

Hər iki halda sürücülər yolayrıcını keçmə qaydasını pozur. 

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Basarkeçər sürücülər · 22 İyun 10:4300

    1-ci qəza sürücü diqqətsizliyi və işıqfor yoxluğu.Baş yolla hərəkət edəndə nə olar ki,? Yol ayıran dögələrdə,piyada zolagı olan ərazilərdə sürücünün sürəti minimuma endirməsi vacibdir.Qəfil maneələrə hazırlıqlı olmaq üçün.O ərazi dönmə üçün çox təhlükəlidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.