Hadisə

Bilgəhdə Rusiya vətəndaşı avtomobillə qadını vurdu

20 İyun 2019 15:59
0 Şərh     Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 19-da saat 22 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Rusiya Federasiyasının vətəndaşı A.Spiridonov idarə etdiyi "Audi" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Radiya Əhmədovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.