Hadisə

Quba sakini Xızıda yol qəzasında öldü

19 İyun 2019 17:33
0 Şərh     Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, iyunun 18-də saat 10 radələrində Xızı rayonu ərazisində Bakı şəhər sakini A.Kamalov idarə etdiyi "Ravon Nexia" markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişinlərdən Quba rayon sakini Rəsmiyyə Mirzəyeva hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.