Hadisə

Biləsuvarda “Hyundai” aşdı: ölən və xəsarət alanlar var

19 İyun 2019 16:52
0 Şərh     Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 18-də saat 16 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Cəlilabad rayon sakini Elçin İsgəndərov idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişinlərdən sürücünün bacısı Gülnar hadisə yerində ölüb, digər sərnişini, azyaşlı G.İsmayılova xəstəxanaya yerləşdirilib.

Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.