Hadisə

Qaradağda dəhşətli qəza: əcnəbi zavod işçiləri öldü - YENİLƏNİB - VİDEO

18 İyun 2019 14:02
2 Şərh     Baxış: 3 340

14:02

Bakı-Qazax yolunun Qaradağ rayonundan keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat-hadisəsi nəticəsində yaralanan əcnəbi vətəndaşların adları məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən yaralılar 1992-ci il təvəllüdlü Ağayev Mehman Azad oğlu (sürücü) və Banqladeş vətəndaşları - 1983-cü il təvəllüdlü Məhəmməd Ərşad, 1979-cu il təvəllüdlü Zahangir Alam, 1987-ci il təvəllüdlü Ruhul Amin, 1990-cı il təvəllüdlü Hüseyn Muhasib, 1997-ci il təvəllüdlü Vetri Çelvin, 1977-ci il təvəllüdlü Məhəmməd Muxtar, 1979-cu il təvəllüdlü İslam Məcnundur.

"Ford" markalı mikroavtobus və "Toyota Prado" markalı minik avtomobili toqquşması nəticəsində ümumilikdə 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Digər yaralılar Respublika Kliniki Xəstəxanasına çatdırılıb.

---------
12:45

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a veirlən məlumata görə, iyunun 17-də saat 17 radələrində Bakı-Qazax yolunun 22-ci km-də Qaradağ rayonu ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi "Toyota Prado" markalı avtomobili qarşıda gedən paytaxt sakini Mehman Ağayevin idarə etdiyi "Ford" markalı mikroavtobusa vurub və zərbədən "Ford" markalı avtomobil yol ayırıcısına çırpılaraq aşıb.

Nəticədə mikroavtobusdakı sərnişinlərdən Hindistan vətəndaşları - Jayachandran Prasad, Madhavan Muthukumar və Maruthamuthu Gopal hadisə yerində ölüb, Banqladeş vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad, habelə "Toyota Prado"dakı sərnişin, Bakı şəhər sakini Q.İbrahimova xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Name · 18 İyun 12:5950

    Men ordaydim cox tesir edici hadiseydi . 3olu 12 yarali var idi ama yaralilar sag qalmag imkan cox az idi.. Allah komey olsun hamsina

    Cavab yaz
  • Anonim
    Roya · 18 İyun 15:3120

    Allah rehmet elesin olenlere.yaralıların da kömeyi olsun.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.