Hadisə

Bakıda kişi yolun ortasına uzanıb bütün hərəkəti dayandırdı

17 İyun 2019 18:28
0 Şərh     Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xətai rayonu ərazisində qəribə hadisə baş verib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Zığ şossesində orta yaşlı kişi yerə uzanaraq avtomobillərin hərəkətinə mane olub.

Həmin anlar ətrafdan keçən insanların diqqətinə səbəb olub. Kameralara düşən görüntülərdən aydın olduğu kimi nəqliyyatın hərəkəti dayanıb. Sürücülərdən biri yerdə uzanan kişiyə yaxınlaşaraq onu qaldırmağa çalışıb.

Vətəndaşın yola hansı səbəbdən uzandığı məlum deyil. Onun sərxoş olduğu ehtimal edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.