Hadisə

Salyanda keçmiş SSRİ çempionu özünü asdı

17 İyun 2019 15:26
0 Şərh     Baxış: 2 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarında Salyan şəhərində intihar hadisəsi baş verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Şəhriyar küçəsində tənha yaşayan 68 yaşlı Rahib Hüseynağa oğlu Axundov özünü evinin qarşısındakı üzüm çardağından asaraq intihar edib.

Hələlik intiharın dəqiq səbəbi bilinməsə də, məhkumluq həyatı yaşamış R.Axundovun bu yaxınlarda şərti olaraq azadlığa buraxılaraq probasiya qaydasında nəzarətə verildiyi deyilir.

Ötən əsrin 80-ci illərində "Zub Arif " ləqəbi ilə tanınan mərhum Azərbaycanın ən məşhur tennisçilərindən biri olub və dəfələrlə Azərbaycan və SSRİ çempionu titulunu qazanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.