Hadisə

Bakıda güclü yanğın - FOTO

16 İyun 2019 21:05
1 Şərh     Baxış: 4 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:05

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, şəhərin Yasamal rayonunda hasara alınan ərazidə 300 m² sahədə quru ot, ümumi sahəsi 4 m² olan taxtadan ibarət köməkçi tikili və ümumi sahəsi 20 m² olan qarajın dam örtüyü 4 m² sahədə yanıb.

Qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

---------

14:27

Bakının Yasamal rayonu ərazisində yanğın başlayıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, yanğın hadisəsi "Alov qüllələri"nin yaxınlığındakı boş otluq ərazidə qeydə alınıb. 

Hadisə baş verən əraziyə dərhal yanğınsöndürən maşınlar cəlb olunub. Yanğınsöndürənlər hadisə olan əraziyə vaxtına çataraq yanğına müdaxilə edib. Qısa zamanda yanğını lokallaşdırmaq mümkün olub.  

Əlavə məlumat veriləcək.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.