Hadisə

Azərbaycanda tanınmış məşqçinin oğlu qətlə yetirildi - FOTO

16 İyun 2019 10:10
2 Şərh     Baxış: 4 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində qətl hadisəsi törədilib.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, yerli sakin Elnur Alıyev şəhər ərazisində yerləşən Çay evlərindən birində mübahisə zəminində bıçaqlanıb.

İlkin məlumata görə, E.Alıyev 1 manat üstündə tanışı ilə aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Bildirilir ki, E. Alıyev Gəncədə tanınmış kikboksinq üzrə məşqçi İlqar Alıyevin oğludur.

Davanın digər iştirakçısının da ağır yaralandığı və xəstəxanaya aparıldığı barədə məlumat yayılıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.