Hadisə

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 83 nəfər təxliyə edilib - VİDEO

12 İyun 2019 22:22
1 Şərh     Baxış: 4 857

22:22

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, şəhərin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin eyvanında 1 ədəd qaz sayğacı, 7-ci mərtəbəsinin eyvanında plastikdən ibarət pəncərə çərçivəsi, 1 ədəd su qızdırıcısı və 1 ədəd kondisioner, 8-ci mərtəbəsinin eyvanında 4 m² sahədə məişət tullantıları və hər üç mərtəbənin eyvanından keçən kommunikasiya xətləri 9 p.m yanıb.

Yanğın zamanı 83 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

----------

20:47

Milli.Az Trend-ə istinadən bildirir ki, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata əsasən, yaşayış binasının 6, 7 və 8-ci mərtəbələrinin eyvanlarından keçən plastik borular yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

---------

18:06

Yasamal rayonunda binada yanğın baş verib.

Milli.Az Ölkə.az-a istinadən bildirir ki, yanğın Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində baş verib.

Çoxmənzilli yaşayış binasında baş verən yanğından sonra əraziyə yanğınsöndürənlər cəlb edilib. Hazırda sakinlər təxliyə edilib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    zz · 13 İyun 06:2200

    6 ci mertebede birdene avtava yanib

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.