Hadisə

Bakıda dəhşətli qətl: villasında yatan atanın boğazını kəsib…

26 May 2019 10:46
7 Şərh     Baxış: 10 512

Bakının Müşfiqabad qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Müşfiqabad qəsəbə sakini Şamil Əhmədov ötən gecə yatdığı yerdə boğazı kəsilmiş vəziyyətdə tapılıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları Ş.Əhmədovun bıçaqla qətlə yetirildiyini müəyyənləşdiriblər. Məlumata görə, qatil bir zərbəni ürəyinə vurub, ikinci zərbəni isə boğaz nahiyəsinə endirib və mərhumun qırtlağını kəsib.

Hadisə gecə 3 radələrində baş verib. Ailə evə oğruların girdiyini, səs-küyə oyanan ailə başçısının da oğrular tərəfindən qətlə yetirildiyini bildirib. Ancaq hadisə yerini müayinə edən müstəntiq bu versiyaya inanmayıb.

Müstəntiq ilkin araşdırmadan və əl izlərini götürəndən, həmçinin ailənin ziddiyyətli açıqlamasından şübhələnib. Hüquq-mühafizə orqanı əməkdaşları hadisəni mərhumun oğlanlarının törətməsi ehtimalını təsdiqləyən şübhəli məqamların həddən artıq çox olması səbəbindən, qətlə yetirilən atanın oğlanlarını həbs ediblər.

Qəsəbədə gəzən şayiəyə görə, hadisəni mərhumun oğlanlarından birinin törətməsi istisna edilmir.

Mərhumun dəfnində də oğlanlarının iştirakına müstəntiq şərait yaratmayıb. Hazırda mərhumun yas mərasimini qohumlar və qonşular təşkil etməyə çalışır.

Qeyd edək ki, Ş.Əhmədov imkanlı adam sayılır və biznes fəaliyyəti ilə məşğul olub.

Milli.Az 

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Ferideu · 26 May 11:1650

    Dogrudanmi, insanliq b

    Cavab yaz
  • Anonim
    ana · 26 May 11:28110

    Boyut boya bawa catdir Buda senin cox sag olun Size qalacaqdida ay namerdler O dunyada ne cavab vereceksiz.?Bu Ramazan ayi size qenim olsun Eliniz nece geldi.?Allah size lenet etsin Amin

    Cavab yaz
  • Anonim
    Esmer · 26 May 11:5170

    Ay .İnsafsız Evlad .İnsanın nece .elı gələ bılər axı ..valdryınıne El qaldırsın ..yazıq .Ata .Ozunə .azreyıl boyudub .Allah bəlanızı versin .....

    Cavab yaz
  • Anonim
    F044 · 26 May 12:23310

    HƏR NƏ QƏDƏR QƏBUL EDİLMƏSİ ÇƏTİN OLSA DA BU HADİSƏ BAŞ VERİB. GÜNAH YENƏ DƏ VALİDEYNDƏDİR YOXSA AQİBƏTİ BELƏ OLMAZDI // ÇOX DETALLARA GİRMƏK İSTƏMİRƏM ANLAYAN ANLADI

    Cavab yaz
  • Anonim
    Samaya · 26 May 12:3460

    Ata sizi boyudub.Budur cox saqolunuz. Allah qatilin belasini versin.

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 26 May 12:4970

      Ay viydanslz namerd ogul

      Cavab yaz
  • Anonim
    Fikret · 27 May 09:1800

    Itin zulmu ile ovlad boyut boya basa catdir,o da gelsin seni neyese gore oldursun. Tfu.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.