Hadisə

Azərbaycanda avtobus yaşlı qadını vurub öldürdü

25 May 2019 17:09
0 Şərh     Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Hidanlı Anar Ağasəf oğlu idarə etdiyi "Mercedes Benz 210 D" mikroavtobus markalı, 45-BL-199 dövlət qeydiyyat nişanlı, 4 saylı şəhərlərarası sərnişin avtobusu ilə yolun qarşı tərəfinə keçmək istəyən piyada, 1954-cü il təvəllüdlü İsmayılova Şölə Qafar qızını vurub.

Piyada dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılsa da, aldığı bədən xəsarətlərindən orada dünyasını dəyişib.

Meyit xarici və daxili müayinə üçün ekspertizaya göndərilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.