Hadisə

"Mercedes"lə su maşını toqquşdu: yaralılar var - VİDEO - FOTO

25 May 2019 12:41
0 Şərh     Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, ARB TV xəbər verir ki, Əziz Əliyev küçəsində "QAZ 53" markalı su avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Qəza zamanı "Mercedes"in sürücüsü, Gəncə şəhər sakini, 40 yaşlı Aqil Məmmədov və sərnişini 38 yaşlı Samir Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib.

Ələddin Əliyev - Şahid: ""Mercedes" yuxarı qalxırdı, su maşını da gəlirdi, "Mercedes" qabağına çıxdı".

Şahin Quliyev - Həkim: "Xəstənin birinin sifəti və ərtafında çoxsayılı cırılmış yaralar, o birində də sağ çiyin oynağının əziyi, sağ körpücük sümüyünün sınığı, döş qəfəsinin əziyi və bədənin müxtəlif  yerlərinin sıyrılmış yaraları vardı. Xəstələrə yardım göstərildi. Hal-hazırda xəstənin birinin vəziyyəti orta ağırdı, digəri isə ambulator müalicəyə göndərildi".

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.