Hadisə

3 yaşlı uşaqlar oynayarkən çaya düşdülər, biri öldü

23 May 2019 13:53
2 Şərh     Baxış: 1 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 22-də rayonun Cimi kəndi ərazisindən keçən Cimi çayında baş verib.

2016-cı il təvəllüdlü Yusif Abdullayev əmisi nəvəsi, həmyaşıdı Qızbikə ilə oynayarkən Cimi çayının yanına gəlib və orada oynamağa davam ediblər. Bu zaman hər ikisi yıxılaraq çaya düşüb. Qızbikə Abdullayeva çaydan çıxarılaraq xilas olunub, Y.Abdullayev isə orada boğularaq ölüb.

Rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.