Hadisə

4 nəfərin ölümü ilə nəticələnən qəzada yaralananların adları açıqlandı

23 May 2019 09:53
0 Şərh     Baxış: 3 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neftçala rayonunda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Neftçalada mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, hazırda hər iki yaralının vəziyyəti ağırdır və onlar reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlar 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğlu və 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızıdır.

Hər iki xəstə kəllə-beyin travması, alt çənənin sınığı və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Xəstəxanadan qeyd olunub ki, bir müddət müalicə aldıqdan sonra xəsarət alanların Bakıya göndərilmə ehtimalı da var.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.