Hadisə

Ağcabədidən Bakıya qonaq gələn 31 yaşlı qadın qohumunun evindən itkin düşdü

22 May 2019 20:17
0 Şərh     Baxış: 1 099

Bakıda qadın qonaq getdiyi evdən itkin düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Ağcabədi rayon sakini, 1988-ci il təvəllüdlü Kərimova Vüsalə Əli qızı mayın 17-də Bakıya, Binəqədi rayonu, Mir Cəlal küçəsi ev 27, mənzil 24-də yaşayan qohumugilə qonaq gəlib.

V.Kərimova mayın 19-da səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.