Hadisə

"Ekologiya postu"nun yaxınlığında qəza - "TIR" iki "Mercedes"lə toqquşdu - VİDEO

22 May 2019 12:07
0 Şərh     Baxış: 2 421

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza ötən axşam üzü Sumqayıt istiqamətində, "Ekologiya postu"nun yaxınlığında qeydə alınıb. "Mercedes" markalı 90-JK-709 dövlət qeydiyyat nişanlı "TIR" iki minik avtomobili olan "Mercedes" ilə toqquşub.

Nəticədə minik maşınları yük maşını və dəmir arakəsmələr arasında sıxılıb qalıb və yararsız vəziyyətə düşüblər. Hadisə yerinə DYP əməkdaşları da cəlb olunublar, onlar yolda yaranmış tıxacı aradan qaldırmağa çalışıblar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.