Hadisə

Bakı-Sumqayıt yolunda zəncirvari qəza: Yaralılar var - VİDEO

21 May 2019 19:39
0 Şərh     Baxış: 2 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərinin girişində biri sərnişin avtobusu olmaqla 3 nəqliyyat vasitəsi toqquşub.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, hadisə təxminən saat 16:30 radələrində qeydə alınıb.

"Hyundai" markalı, 90 PD 038 dövlət qeydiyyatı nişanlı  minik maşını 90 AM 802 dövlət qeydiyyatı nişanlı yük maşını ilə toqquşub. Daha sonra "Hyundai" Sumqayıt istiqamətində hərəkət edən 50 AE 730 dövlət qeydiyyatı nişanlı sərnişin avtobusuna dəyib. 

Qəza nəticəsində avtobus sərnişinlərindən xəsarət alan olmayıb. "Hyundai"in sürücüsü və sərnişini  isə yaralandıqları üçün xəstəxanaya aparılıblar. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.