Hadisə

Bibiheybətdə vurulan velosipedçinin kimliyi bilindi

21 May 2019 20:44
0 Şərh     Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Bibiheybətdə vurulan velosipedçinin kimliyi məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Səbael rayonu, Bibiheybət qəsəbəsində məscidin yaxınlığında minik avtomobili tərəfindən vurulan velosipedçi Bayıl qəsəbə sakini, 1976-cı il təvəllüdlü Səlimov Ruslan Feyzulla oğludur.

Kəllə-beyin travması alan R.Səlimov hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, "Mercedes E-class" markalı avtomobil velosipedçini vurduqdan sonra, sürücü özü yaralını xəstəxanaya aparıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.