Hadisə

Təhsil işçisinin itkin düşmə səbəbi: nişanlısı ilə dalaşdı, ölkəni tərk etdi

21 May 2019 10:17
2 Şərh     Baxış: 2 820

Mayın 17-də itkin düşən Gəncə Şəhər Təhsil İdarəsinin məsləhətçisi 1994-cü il təvəllüdlü Ceyhun Qabil oğlu Bağırov tapılıb.

Milli.Az bildirir ki, bu barədə ölkə.az-a onun atası Qabil Bağırov məlumat verib.

O bildirib ki, oğlu C.Bağırov nişanlısı ilə dalaşdıqdan sonra inciyib və Gürcüstana gedibmiş: "Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları mənə dünən məlumat verdilər ki, Ceyhun mayın 19-u Azərbaycan-Gürcüstan sərhədində olub. Dünən axşam saatlarında oğlumu evə gətirdilər. Ceyhun nişanlısı ilə dalaşdıqdan sonra ölkəni tərk etmək qərarına gəlib və elə mayın 17-si Gürcüstana gedib. İki gün orada qaldıqdan sonra qayıdıb. İndi evdədir, hər şey yaxşıdır. İyunun 11-də toyu olacaq".

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    BAXA · 21 May 10:4830

    Qəşəy variantdı, toy qabagı bəhanə, Gürcüstan )))

    Cavab yaz
  • Anonim
    Ömer · 21 May 12:0740

    Bu oglan indiden her dalaşanda evi terk edirse,evlendirmemişden qabaq yaxşi yaxşi fikirleşin ay valideynler.Sonra yola getmeyib boşananda ,deyeceksiniz ki,günah gelindeydi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.