Hadisə

Üzərinə “KAMAZ” təkəri aşan azyaşlı öldü

18 May 2019 18:12
1 Şərh     Baxış: 1 307

Bu gün səhər saatlarında Zaqatalada üç yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Suvagil kəndində baş verib.

Kənd bələdiyyəsindən saytımıza verilən məlumata görə, bu gün səhər saat 11:00 radələrində kənd sakini Heydərov Adilin azyaşlı oğlu həyətdə oynayarkən dünyasını dəyişib:

"Səhər saatlarında 2016-cı il təvəllüdlü Toğrul Adil oğlu Heydərov yaşadıqları evin həyətində oynayırdı. Bədbəxt hadisə nəticəsində həyətyanı sahədə olan "KAMAZ" markalı yük maşının təkəri azyaşlının üzərinə aşıb. Onu dərhal xəstəxanaya aparsalar da, uşağın həyatını xilas etmək mümkün olmayıb. Üç yaşlı Toğrul Heydərov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib".

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Mamlyuk · 18 May 21:5321

    Bədbəxt hadisə nəticəsində yox! Atanın düşüncəsizliyi, məsuliyyətsizliyi nəticəsində təkər uşağın üstünə aşıb.Bizdə elə bədbəxt uşaqlar var ki, səfeh və məsuliyyətsiz valideynlərin ailələrində doğulurlar(özlərindən asılı olmayaraq) və çox tezliklə həyatla vidalaşmalı olurlar. Əgər bu beyinsiz ata təkəri normal, təhlükəsiz vəziyyətdə saxlasaydı bədbəxt hadisə olmazdı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.