Hadisə

Azərbaycanda avtomobil təmiri sexində partlayış - Yaralılar var

17 May 2019 20:21
0 Şərh     Baxış: 1 227

Bərdə rayonunda ümumi sahəsi 30 kv metr olan avtomobil təmiri sexində "VAZ - 21099" markalı minik avtomobilinin yanacaq çənində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış baş verib.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Rayon sakinləri, 1970-ci il təvəllüdlü Habil Orucov və 1960-ci il təvəllüdlü Telman Qasımov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər hər iki yaralının vəziyyətini orta ağır olaraq qiymətləndirirlər.

Yanğın nəticəsində tikilidə olan avtomobil ehtiyat hissələri yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.