Hadisə

Bakıda sürücü keçiddə piyadaları vurdu - Qəza anı - VİDEO

17 May 2019 12:59
11 Şərh     Baxış: 6 878

Bakıda dəhşətli piyadavurma hadisəsi baş verib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisənin görüntülərini DİN-in təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. Videodan belə aydın olur ki, digər nəqliyyat vasitələri piyada keçidindən yolu keçən piyadalara yol vermək üçün dayanasalar da, ağ rəngli avtomobilin sürücüsü yüksək sürətlə hərəkəti davam etdirir.

Nəticədə keçiddən keçən bir neçə sərnişini vurur. Onlardan iki qadın daha ağır zərbəyə tuş gəldiyi üçün biri yerindəcə keçinib. Digər qadın isə hadisə yerində olan şəxslər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Videodan o da aydın olur ki, yüksək sürətlə hərəkət edən avtomobil hətta yol ayrıcında keçdikdən sonra BakuBus avtobusuna çırpılaraq dayanıb. Hadisə ilə bağlı araşdırmalar gedir.

Ümid edirik ki, bu video digər sürücülərə ibrət olacaq. Piyada keçidinə yaxınlaşan zaman sürəti azaltmağı unutmayacaq. Hadisənin maraqlı tərəfi odur ki, keçiddən bir yox bir neçə piyada eyni vaxtda keçir. Ola bilməz ki, sürücü bunlardan hansısa birini görməsin. Belə fikir yaranır ki, sürücü sükan arxasında ya içkili, ya diqqəti yayınıb, keçə biləcəyini zənn edərək sürəti artırıb.

Görüntüləri təqdim edirik:

Milli.Az

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Filantrop · 17 May 13:0740

    Piyada keçidindən keçmə qaydalarını dəyişəndə demişdim ki,bu-çox ölümlərə səbəb olacaq- sürücülər piyadanın üstünə çıxırlar....

    Cavab yaz
    • Anonim
      Filantropa · 17 May 15:0314

      surucu piyadanin yox piyadalar masinlarin ustune minirler. Bu videoda ola biler surucu xetasi olsun ama ekseriyyet vaxtlarda piyadalar cox vecsizdirler!

      Cavab yaz
      • Anonim
        Filantrop · 17 May 15:3820

        Söhbət piyada keçidi (zebra) olan yerdən gedir- əvvəl piyada ayağını zebraya qoyan kimi əks tərəfdə olan maşınlar belə dayanırdı.Həmin qaydaya düzəlişdən sonra sürücülərə icazə verdilər ki,əgər piyada üçün təhlükə yaranmırsa sürüb keçmək olar- bu da nəticə. P.S.- Mən özüm də maşın sürürəm,amma bu dəyişikliyin qəti əleyhinəyəm- sürücü mədəniyyətinin səviyyəsi göz qabağındadır.

        Cavab yaz
  • Anonim
    E · 17 May 13:0870

    Indi gerek piyadalar diqqetli olsun indiki zemanede hec kimin fikiri ozunde deyil

    Cavab yaz
  • Anonim
    613 · 17 May 13:2131

    Bu vidioda acig gosterir ki surucu ozbawnaligni yuksek suret menim fikrime gore surucu hebis edilmemeli milyonlarnan insanin onunde ayagindan bawi awagi asili saxlamalidirlar ki bawga suretnen suren insanlarada ders olsun

    Cavab yaz
  • Anonim
    613 · 17 May 13:2320

    Bawga insanin heyatini hece sayan. İnsancin oz heyatida demeli onemli deyil

    Cavab yaz
  • Anonim
    Papatya · 17 May 13:3430

    Ureyim agridi videoya baxib. Yaziq qadinlar. Allah şefa versin yaraliya, olenin yaxinlarina sebr insaAllah.

    Cavab yaz
  • Anonim
    jm · 17 May 14:5411

    heç kim ilk yardım göstərmir.......

    Cavab yaz
    • Anonim
      Alsu · 17 May 15:2210

      Ay allah nece pis oldum yaziqlar. Insanlar nece soyuq qanli olub ey bir nefer komek etmek istemir.

      Cavab yaz
  • Anonim
    Nəbiyev · 17 May 15:3400

    bu, köhnə hadisədi. sürücünün ürəyi yatıb, hadisədən əvvəl dünyasını dəyişib.

    Cavab yaz
  • Anonim
    Ssss · 17 May 17:5710

    Sahil metrosunun qabaginda da eynen bu cur veziyyet var piyadalar masinin ustune cixirlar evveler orda polis durub nezaret edirdi indi o da yoxdu

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.