Hadisə

Bakıda zibil maşınının avtobusa çırpıldığı qəza anı... - VİDEO

16 May 2019 18:16
0 Şərh     Baxış: 2 077

Aprelin 27-də Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. 

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə zamanı yol kənarında dayanan avtobusa arxadan zibil daşıyan maşın çırpılır. 

Hadisə nəticəsində 24 sərnişin xəsarət alıb. Qəzanın baş vermə səbəbləri dəqiq açıqlanmasa da görüntülərdən aydın olur ki, zibil maşınının sürücüsü səhlənkar davranıb. 

Göründüyü kimi, avtobusla zibil maşını arasında xeyli məsafə var. Lakin zibil maşınının sürücüsü nə sürəti azaldır, ya da zolağı dəyişib hərəkətini davam etdirir. 

Ehtimal etmək olar ki, o, sükan arxasında ya yuxulayıb, ya da başı nəyəsə qarışıb. Ancaq hadisə səhər saatlarında baş verdiyi üçün onun yuxulu olma ehtimalı daha yüksəkdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.