Hadisə

Piyadanı vurub öz maşını ilə xəstəxanaya apardı

16 May 2019 17:45
0 Şərh     Baxış: 1 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 15-də saat 18 radələrində Örənqala qəsəbəsi ərazisində qeydə alınıb.

Ağdam rayon sakini, 1980-cı il təvəllüdlü Mahir Rüstəmov idarə etdiyi "Mitsubishi Pajero" markalı 90 KA 793 nömrəli maşınla yolun hərəkət hissəsinə çıxan piyada, 1977-ci il təvəllüdlü Elnur Nağıyevi vurub.

Hadisədən dərhal sonra M.Rüstəmov piyadanı öz maşını ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıb, orada E. Nağıyevə ilkin yardım göstərilib.

Daha sonra müalicəsini davam etdirmək üçün Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyyə Mərkəzinə göndərilib. İstintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.