Hadisə

Qubada "avtoşluq" edən 2 nəfər həbs olundu - FOTO

16 May 2019 15:09
0 Şərh     Baxış: 1 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba Rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan iki sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Quba rayon sakinləri Fərid Rzayev və Ramazan Sərkərov müxtəlif vaxtlarda rayonun bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri, eləcə də rayon ərazisində bir-biri yarışaraq qəza şəraiti yaratdıqları məlum olub.

"VAZ 21015" və "VAZ 21074" markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və hər iki sürücü Quba Rayon Məhkəməsi tərəfindən 1 ay müddətində inzibati qaydada həbs edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.