Hadisə

“Emin 444”ün qətlini sifariş edən şəxs dövlət qurumunda işləyib - Açıqlama

16 May 2019 13:06
4 Şərh     Baxış: 4 998

Bakıda kriminal dairələrdə "Emin 444" və "Emin Massalinksi" ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlini sifariş verən Zaur Yusifovun dövlət qurumlarından birində yüksək vəzifə tutduğu iddia olunur.

Saytlarda yazılan məlumata görə, o, Dövlət Miqrasiya Xidmətinin əməkdaşıdır.

Milli.Az xəbər verir ki, oxu.az-ın əməkdaşı məsələ ilə bağlı Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Kələntərli ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bildirib ki, adıçəkilən şəxs artıq qurumda çalışmır:

"Zaur Yusifov 2013-2017-ci ildə Miqrasiya Xidmətinin Bakı Regional İdarəsində inspektor vəzifəsində işləyib. 2017-ci ildə Dövlət Miqrasiya Xidmətindəki işinə xitam verilib".

Qeyd edək ki, Zaur Yusifov Kikboksinq üzrə bir sıra beynəlxalq yarışların qalibidir. Gənclər və İdman Nazirliyi tərəfindən "Əməkdar İdman Ustası" adına layiq görülüb.

Xatırladaq ki, mayın 10-na keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində əvvəllər məhkumluğu olan Səfərov Emin Ehtiram oğlu qətlə yetirilib.

Bakıda kriminal dairələrdə "Emin 444" və "Emin Massalinksi" ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində altı nəfər iştirak edib.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Dik Söz! · 16 May 13:4320

    Qolun güclü idisə, tay buçaq nə idi?! Deməli öləni daha güclü bilib çəkinmisən məntiqlə.

    Cavab yaz
  • Anonim
    /// · 16 May 15:0910

    Bu Zaur Hecc ziyaretine gedib gelmish biridir,tebietce Cox sakit ve medeni insandi hec selemnende elaqesi yoxdu.

    Cavab yaz
  • Anonim
    Nn · 16 May 20:5300

    Bele razborkalar ancaq idmancilardan cixar. Guc oland, aqil olmur.

    Cavab yaz
  • Anonim
    nina · 17 May 03:0700

    duzdu

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.