Hadisə

Bakıda faciəvi şəkildə ölən tibb bacısının görüntüləri yayıldı - FOTO

15 May 2019 11:16
7 Şərh     Baxış: 9 467

Dünən Bakı şəhər, Nəsimi rayonu ərazisində tibb bacısının facivə şəkildə ölməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Milli.Az xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, Səməd Vurğun bağının qarşısında "Mercedes" markalı minik avtomobilinin vurub öldürdüyü 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızı "Mediclub" klinikasında 3 ay əvvəl işə başlayıbmış. 

Belə ki, Səhiyyə Nazirliyi tərəfindən işdən çıxarılan Firəngiz özəl klinikaya müraciət etdikdən sonra həmin xəstəxananın operativ şöbəsində işə qəbul edilib. Hadisə də elə klinikanın yaxınlığında baş verib və 27 yaşlı Firəngizə ilk tibbi yardım işlədiyi klinikada göstərilib. Lakin ağır kəll-beyin travması almış, ayaqları sınmış, digər ağır xəsarətləri olan gənc tibb bacısı xəstəxanaya məxsus təcili yardım maşını ilə Kliniki Tibbi Mərkəzə köçürülüb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, faciəvi hadisədə vəfat edən Nəzərova Firəngiz Eldar qızı bir müddət əvvəl sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında başına dövr etdiyi xanımdır. Həmin görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasıın həyətində lentə alınıb.

Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb.

Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılıblar.

İşdən çıxarılan F. Nəzərova daha sonra "Mediclub"da işə düzəlib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 May 11:22110

    Allah rehmet elesin !

    Cavab yaz
  • Anonim
    Esmer · 15 May 11:29120

    Ayyy Allahım Nece gözel qızdı Allah Rehmet etsin .Allah valdeyinlerine sebr versin .....

    Cavab yaz
  • Anonim
    Nurlana · 15 May 11:3380

    Allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    Məxfi · 15 May 12:2360

    Allah rəhmət etsin

    Cavab yaz
    • Anonim
      Xeyal · 15 May 12:4540

      Allah rehmet elesin. seher işe gedendə bu hadisenin şahidi olduq. Görenler her kes aglayırdi. dehşetli menzere idi.

      Cavab yaz
  • Anonim
    Alis · 16 May 08:4320

    Allah rehmet elasin.Gozel qiz idi

    Cavab yaz
  • Anonim
    Emin · 16 May 10:4910

    Allah rehmet elesin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.