Hadisə

Qadın evi təmizləyərkən “ACE”dən zəhərlənib öldü

15 May 2019 10:35
3 Şərh     Baxış: 3 168

Şamaxı rayonunda evdə təmizlik işləri görən qadın kimyəvi zəhərlənmədən vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Qobustan rayonu, Təklə Mirzəbaba kənd sakini 1986-cı il təvəllüdlü Səbinə Musayeva kimyəvi zəhərlənmə diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında daxil olub və orada ölüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, S.Musayeva mayın 13-də yaşadığı evdə "ACE" kimyəvi təmizləyici maddədən istifadə edərək evin mətbəxini təmizlədikdən sonra özünü narahat hiss edib və axşam saatlarında xəstəxanaya yerləşdirilib.

Mayın 14-də səhərə yaxın saat 04 radələrində isə dünyasını dəyişib.

S.Musayevanın ölümünün müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Məxfi · 15 May 12:2530

    Allah ailəsinə səbir versin

    Cavab yaz
  • Anonim
    Noname · 15 May 12:3750

    oler de,yeqin sumqayitda hazirlanan Ace olub,orada meshur qabyuyanin qablasdirmasina kislota iy veren su kimi maye tokurler, iyinden bas catliyir,hec istifade etmeden atmisam,bize dusmen lazim deyil,oz milletimiz zeherleyir hamini

    Cavab yaz
  • Anonim
    QQ · 15 May 14:5220

    Bəli bu inandırıcıdır. Bu yaxınlarda gənc baclm qızında qəfildın başgicəllənmələr oldu .Qəbələdə yoxlayıb Bakiya göndərdilər ki ,sənin qanlnda güclü dəyişiklik var. Bakıda sag olsun bir gözəl həkim bizi rahatlaşdlrdı ki qorxmayln qanlnda xəstəlik yoxdur ancaq mütamadı olaraq ev təmizləyərkən ACE ,xlor istifadə edib deyə qanı parçalanıb İndi şükür o kimyəvi şeylərdən istifadə eləmir deyə qanı normaya düşüb..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.