Hadisə

Azərbaycanda məmur faciəvi şəkildə öldü - FOTO

14 May 2019 09:19
3 Şərh     Baxış: 8 098

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik və yük maşınlarının toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib.

Milli.Az buta.media-ya istinadla xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun Safukürd kəndindən keçən hissəsində baş verib.

Qəza nəticəsində minik maşınının sürücüsü, 50 yaşlı Əliyev Rauf İsmayıl oğlu ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, Rauf Əliyev Xocalı Rayon İcra Hakimiyyəti Aparatının baş mütəxəssisi vəzifəsində işləyirdi. O, eyni zamanda, icra başçısının sürücüsü olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Vidadi · 14 May 10:5070

    Surucude memurdu ki ?

    Cavab yaz
  • Anonim
    User · 14 May 11:2452

    Mene basa salan olsa minnatdar olar.Isgal olan rayonlarin icra bascilari ve basqa memurlar ne is gorurler.Gerek rayonlar geri qaytarilsin ki memurlar is.gorsun.

    Cavab yaz
  • Anonim
    Userə · 14 May 12:3041

    Goranboy rayonu işğal olunmayıb in şə Allah ağzınız fal olmaz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.