Hadisə

Hərəkətdə olan avtomobil alışıb yandı - VİDEO - FOTO

25 Aprel 2019 12:19
1 Şərh     Baxış: 720

Qaxda avtomobil yanıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Fısdıqlı kəndində 65 yaşlı Məhəmməd Sadıqova məxsus kiçiktutumlu yük avtomobili hərəkətdə olarkən anidən alışıb. Sürücü avtomobilin yandığını görüb və qəza baş verməməsi üçün maşını yol kənarına çəkib.

Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın tez bir zamanda söndürülsə də, avtomobilin salon və mühərrik hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
DƏHŞƏT! Hərəkətdə olan avtomobil alışıb yandı

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    aea · 25 Aprel 12:3100

    Allah səbr versin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.