Hadisə

"Survivor"da azərbaycanlıları qəzəbləndirəcək olay - ERMƏNİ QIZINA... - VİDEO - FOTO

23 Aprel 2019 10:39
9 Şərh     Baxış: 5 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən "Survivor 2019" yarışının növbəti buraxılışı efirə gedib. "Simvol" oyunu zamanı azərbaycanlı tamaşaçıları üzəcək bir olay baş verib.

Milli.Az xəbər verir ki, "benç"dən Atakanla yarışan Emreyə dəstəyini açıq şəkildə nümayiş etdirən məşhur türk qadın idmançı Sabriyə Şəngül, ondan hədəfə top atışını dünyaca məşhur erməni Kim Kardaşyana həsr etməsini xahiş edib.

Emre Sabriyənin bu istəyini yerə salmayaraq "Kim Kardaşyana gəlsin bu" deyib.

Həmin kadrları təqdim edirik:

Videonu izləmək üçün şəklə klikləyin:

Qeyd edək ki, Sabriyə 2016-cı ildə K1 döyüşü üzrə WKU versiyasında dünya çemiponu adına layiq görülüb. O, 2017-ci ildə baş tutan "Survivor" yarışında da çox məşhur idi. Hazırda da sözügedən televiziya yarışında ikinci dəfə iştirak edir.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.