Hadisə

Qəbələdə ağır yol qəzası - Ölən və yaralananlar var

22 Aprel 2019 19:49
0 Şərh     Baxış: 1 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələ rayonunda ağır yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 51-ci kilometrliyində, Qəbələ rayonunun Bunud kəndi ərazisində baş verib.

1996-cı il təvəllüdlü Abbasov Murad Aydın oğlunun idarə etdiyi BMW markalı avtomobil qarşıdan gələn, 1985-ci il təvəllüdlü Xəlilov Emin Qulfəddin oğlunun idarə etdiyi "VAZ 2106 markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində VAZ 2106 markalı avtomobildə olan sərnişin, 1977-ci il təvəllüdlü Vəliyev Ceyhun Yaramməd oğlu hadisə yerində ölüb, hər iki sürücü və sərnişin Osmanlı İlkin Heydər oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.