Hadisə

Bakıda keçmiş güc strukturu əməkdaşı narkotikdən öldü

19 Aprel 2019 13:39
0 Şərh     Baxış: 1 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 45 yaşlı Məhərrəmov Vüqar Sübhi oğlu yüksək dozada narkotik vasitə zəhərlənməsindən vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.az-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Məhərrəmovun cansız bədəni aprelin 18-də Nərimanov rayonunda, İbrahimpaşa Dadaşov küçəsi yaxınlığında yerləşən yeni tikilinin mənzillərindən birinin hamam otağında aşkarlanıb.

Kriminalistlər meyitin yanında istifadə olunmuş iynə aşkarlayıb. Bununla əlaqədar onun yüksək dozada narkotik vasitədən zəhərlənməsi versiyası irəli sürülüb.

Hazırda dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspert müayinəsi aparılır.

Qeyd edək ki, Məhərrəmov bundan əvvəl güc strukturlarında çalışıb və səhhəti ilə əlaqədar vəzifədən kənarlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.