Hadisə

Xaçmazda 6 otaqlı tikili yanıb

19 Aprel 2019 11:44
0 Şərh     Baxış: 228

Xaçmaz rayonunun Müqtədir qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli 6 otaqlı tikilinin (arakəsmə divarları taxta konstruksiyalardan ibarətdir) yanar konstruksiyaları və içərsindəki əşyalar 50 m² sahədə, dam örtüyü 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı həcmi 30 litr olan 3 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.