Hadisə

Bakıda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

19 Aprel 2019 12:33
0 Şərh     Baxış: 3 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:33

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 100 m² olan restoranda 1 ədəd səsgücləndirici cihaz və 1 ədəd masa yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, restoran və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

-------------

10:52

Bakıda restoranda yanğın olub.

Milli.Az-ın ONA-ya istinadla verdiyi məlumata görə, hadisə paytaxtın Səbail rayonu, Nizami küçəsində yerləşən "Al Furat" restoranında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

Videonu izləmək üçün şəklə klikləyin:
Пожар в самом центре Баку

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.