Hadisə

"Azərbaycan Dəmir Yolları" QSC-nin maşinisti teplovozdan yıxılıb öldü

17 Aprel 2019 10:37
0 Şərh     Baxış: 797

Bakıda maşinist teplovozdan yıxılaraq ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Nərimanov rayonu, Z.Bünyadov prospektində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus teplovozun maşinisti Çıxkərimov Nizami Hacıkərim oğlu Keşlə stansiyasından Bakı Metropoliteninə gedən dəmir yolu xəttinin üzərində olan işıq kabelini qaldırmaq üçün teplovozun üzərinə çıxıb və ehtiyatsızlıqdan oradan yıxılaraq ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.